İngiltərənin paytaxtı Londonda karantin rejiminin tətbiqinə qarşı etiraz aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, etirazçılar maska taxmaqdan imtina edərək karantin qaydalarının ləğv olunmasını tələb ediblər.

Oksford, Karnbi və Regent küçələrində keçirilən aksiya nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb. Aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaranıb. 150 nəfərin saxlanıldığı deyilir.