Əbu-Dabi şəhər bələdiyyəsi "Ginnesin Rekordlar" kitabına daxil edilən söküntü işi həyata keçirib.

Unikal.org xəbər verir ki, hündürlüyü 165 metr olan 144 mərtəbəli "Mina Tauer" mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.

Əbu-Dabi şəhərinin media ofisindən yayılan məlumatda deyilir ki, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işləri cəmi 10 saniyəyə başa çatıb. Ətrafdakı tikililərə zərər dəyməyib.

Qeyd edək ki, 2 il əvvəl də Əbu-Dabi şəhərində ADNOC milli neft şirkətinin iki hündürmərtəbəli binası sökülmüşdü.