Rusiyada son sutka ərzində koronavirusa 26 683 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 269 316 nəfərə çatıb.

Rusiyada son sutkada 459 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 39 527 nəfərdir. İndiyədək 1 761 457 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.