"Ulduz müharibələri" filmində Dart Veyder obrazını canlandıran aktyor Devid Prouz vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Britaniyalı sənətçi uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdən 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 50 illik karyerası olan Devid Prouz həm də ağır atlet idi. O ilk dəfə "Kazino Royal" filmində rol alıb.