Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Dəlıməmmədli şəhərində qeydə alınıb.

Yaşadığı ünvanın vanna otağında dəm qazından boğulan 1949-cu il təvəllüdlü Fətəliyeva Şəfiqə Əli qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona ilkin yardım göstərildikdən sonra Gəncədə yerləşən klinikalardan birinə köçürülüb.