Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ikinci geniş açıqlama yayaraq, müharibənin dayandırmağa necə məcbur olmasını izah edib.

Unikal.org xəbər verir ki, N.Paşinyan Feysbuk üzərindən açıqlamasında oktyabrın 19-da ona Qarabağ separatçı-terrorçularının başçısı Araik Arutyunyanın zəng etdiyini bildirib:

“O dedi ki, müharibəni dayandırmaq lazımdır. Onun sözlərinə görə, bu, təkcə onun fikri deyildi, müharibənin dayandırılmasını “dqr”in “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, həmçinin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da istəyir”.

Paşinyan bundan sonra Rusiya lideri Vladimir Putinə zəng etdiyini qeyd edib:

“Putin dedi ki, müharibənin dayanması üçün danışıqların məntiqinə uyğun olaraq Qarabağın statusu məsələsindən imtina etməli, keçmiş DQMV-nin ətrafında olan rayonları qaytarmalısınız və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir”.

 Paşinyan deyib ki, səslənən təkliflərə sülhməramlıların keçmiş DQMV-nin sərhədlərinə və Laçın dəhlizinə yerləşdirilməsi şərti ilə razılıq verib.