Türkiyə Super Liqasının 10-cu turunda İstanbul derbisi keçirilib.

Unikal.org xəbər verir ki, üçüncü oyun günündə “Beşiktaş” klubu səfərdə əzəli rəqibi “Fənərbağça”nın qonağı olub. Gərgin keçən qarşılaşmada qapılara 7 qol vurulub. Belə ki, "Beşiktaş" İstanbul derbisində "Fənərbağça"nı 4:3 hesabı ilə məğlub edib.

"Beşiktaş"ın qollarını Vinsent Aboubakar (4, 20), Necip Uysal (54) və Fabrike Nsakala (88) vurub. Meydan sahiblərinin heyətində Papis Demba Sisse (34) və Ozan Tufan (68, 90) fərqlənib.