ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden ayağını sındırıb.

Unikal.org  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edilib ki, hadisə C.Bayden iti ilə oynayarkən baş verib. Həkimlər onun ayağında bir neçə yerdə sınıqlar aşkarlayıb. Bayden bir neçə həftə ərzində sarğı taxacaq və xüsusi ayaqqabıda gəzməli olacaq.

Xatırladaq ki, Bayden noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəlib.