Gürcüstanda son 24 saat ərzində 3 216 nəfər koronavirusa yoluxub, 37 pasiyent həyatını itirib.

Unikal.org  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1135 584-ə çatıb. Onların 113 986-sı sağalıb, 1 267 nəfəri dünyasını dəyişib.

Hazırda 2 104 nəfər karantin rejimində, 6 383 nəfər isə stasionar nəzarətdə saxlanılır.