İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri intensiv şəkildə həyata keçirilir və ilk növbədə, humanitar dəhlizlər yaradılır.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hazırda Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi işləri aparılır və indiyə qədər bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənib istifadəyə verilməsi nəzərdə tutulur.