Məhkəmə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğluna hökm oxuyub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Narek Sarkisyan qanunsuz silah saxlama və gəzdirmə maddəsi ilə mühakimə olunub. O, özünü təqsirli bilib və ittihamı qəbul edib.

Qeyd edək ki, N.Sarkisyan İnterpol xətti ilə axtarışda olduğu zaman 2018-ci ildə Çexiyanın paytaxtı Praqada saxlanılıb. 2019-cu ildə Ermənistana gətirilib.