II Qarabağ döyüşünün iştirakçısı Rahib Məmmədov Ayət oğlu qələbədən sonra ailəsinin yaşadığı Qazax rayon Dəmirçilər kəndindəki evinə qayıdıb.

Unikal.org xəbər verir ki, R.Məmmədov 44 günlük vətən müharibəsində olarkən dünyaya gələn ikinci qız övladını ilk dəfə görüb.

Topçu Rahib Məmmədov İkinci Qarabağ müharibəsi zamanı  xeyli sayda düşmən texnikası və canlı qüvvəsini məhv edib. 

Qeyd edək ki, illərdir hərbi qulluqçu kimi xidmətdə olan R.Məmmədov aprel döyüşlərindəki şücayətinə görə, dövlət tərəfindən mükafatlandırılıb. 

Rahib Məmmədovun doğulduğu Qızıl Hacılı kəndi Qazaxın 7 kəndi ilə birlikdə işğal olunub. Bundan sonra Məmmədovlar ailəsi rayonun Dəmirçilər kəndində məskunlaşıb.