“Azərbaycanda yaradılacaq Birgə Monitorinq Mərkəzində Rusiya və Türkiyə bərabər sayda nümayəyə malik olacaq”.

Unikal.org “Interfax”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov söyləyib.

Bildirilib ki, Mərkəz Azərbaycan ərazisində fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu gün Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb.