Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 453 mindən çox artıb.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Bildirilir ki, ötən sutka ərzində 453 170 nəfər yeni koronavirusa yoluxub, 7 837 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 62 844 837, ölənlərin isə 1 465 144 nəfərə çatıb.

Sutka ərzində ən çox yoluxma halları Cənubi və Şimali Amerikada qeydə alınıb (211 548). Daha sonra Avropa (154 516) və Cənub-Qərbi Asiya (41 791) regionları gəlir.