Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 043 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 143 376 nəfərə, ölənlərin sayı isə 1 342 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 121 621 nəfərin sağaldığı bildirilir.