Ermənistanda 10 noyabrda baş verən iğtişaşlarla bağlı həbslər davam edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti 18 nəfərin həbs edildiyini açıqlayıb.

Onlar ölkənin konstitusion quruluşunu dəyişməyə cəhddə ittiham olunurlar. Saxlanılanların əksəriyyəti Daşnaksütun Partiyası və Ermənistan Respublika Partiyasının üzvləridir. Yeni həbslərin olacağı istisna edilməyib.