ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden İranla nüvə razılaşması barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti yeni administrasiya dönəmində ölkəsinin İranla nüvə razılaşmasına qayıtmağa hazır olduğunu söyləyib. "Bu çətin olacaq, amma bəli. Biz buna hazırıq", - deyə Bayden əlavə edib.

Qeyd edək ki, Donald Tramp dönəmində ABŞ İranla nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını bəyan etmişdi.