“Bir ilə yaxındır ki, virusla mübarizə aparırıq. Ancaq başqa çıxış yolumuz yoxdur”.

Unikal.org xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bütün dünyanı əhatə edən xəstəlik pandemiyaya çevrildi.Əvvəlcə bəzi radikal tədbirlər həyata keçirildi. Əvvəl virus barədə məlumatlı olmasaq da, hazırda müəyyən bilgilərə malikik. Təəssüf ki, virus yeni olduğundan mübarizə üsulu da fərqlidir. Virusa aid dərman sayı çox az və məhduddur”, - o, bildirib.

A.Allahverdiyev qeyd edib ki, virusa qarşı spesifik dərman vasitəsi yoxdur.