Fransa Respublikasının keçmiş prezidenti Valeri Jiskar Desten dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, soyuq müharibə dövründə prezident olan V.J.Desten 95 yaşında ölüb. Eks-prezidentin koronavirusdan dünyasını dəyişdiyi söylənilir.

Qeyd edək ki, Valeri Jiskar Desten 1974-1981-ci illərdə Fransa prezidenti olub.