Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan rayon sakini Ç.Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.