Gürcüstanda qanunverici orqanın önündə oturaq aksiya keçirilir.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, gənclər təşkilatları burada çadırlar quraraq bir sıra tələblər irəli sürüblər.

Tələblər yeni parlament seçkilərinin keçirilməsi, koronavirusla bağlı tədbirlərin yumşaldılması və səhiyyə nazirinin istefasıdır. Polis aksiyaçılara müdaxilə etməyib.