Tanınmış teleaparıcı Günay Firudinqızına ağır itki üz verib.

Unikal.org xəbər ki, aparıcının anası Fəridə İsmayılova rəhmətə gedib.

Ölüm xəbərini təsdiqləyən Günay Firudinqızının qardaşı Rüstəm anasının koronovirusdan dünyasını dəyişdiyini bildirib.

Xəstəxanaya öz ayağı ilə gedən Fəridə xanımın vəziyyəti 14 gün sonra pisləşib və o dünyasını dəyişib. Mərhumun 60 yaşı olub.