U-24 sərbəst güləşçilər arasında Rusiya çempionatında insident baş verib.

Unikal.org-un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, şimali osetiyalı pəhləvan Alan Baqayevlə inquşetiyalı Babuli Tsoloyev görüş vaxtı dalaşıblar.

İnsident böyümədən hakimlər və məşqçilər onları aralamağa müvəffəq olublar.

Lakin hər iki pəhləvan çempionatdan qovulub. Sonradan hər iki idmançının barışdığı bildiriib.