"Sabah" klubunda daha beş futbolçu koronavirisa yoluxub.

Unikal.org xəbər verir ki, bu, sonuncu testlərdən sonra Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembanın nəticəsi müsbət çıxıb. Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriges də aktiv xəstədir.

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də evdə "Neftçi" ilə qarşılaşmalı idi, lakin qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.