Bakının Nəsimi rayonunda ikimərtəbəli tikili yanıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. bBildirilib ki, ümumi sahəsi 600 kvadrat metr (hər mərtəbəsi 300 kvadrat metr) olan ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 200 kvadrat metr sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.