Ermənistanda daha 1 267 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 140 959 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 32 nəfər artaraq 2 309-a çatıb. İndiyədək 116 066 nəfər infeksiyadan sağalıb.