Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransaya səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, 8-9 dekabr tarixlərində Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. O, səfər zamanı fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək.

Xatırladaq ki, 6-7 dekabrda Ayvazyan Moskvada səfərdə olub, orada Rusiya xarici işlər naziri Sergey Lavrov və KTMT-nin Baş katibi Stanislav Zas ilə danışıqlar aparıb.