Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərlənib.

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında Səfikürd  kəndində baş verib.

Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa.az)