ABŞ-ın yeni prezidenti Co Bayden komandasının üzvlərini açıqlamağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni müdafiə naziri olacaq şəxsin kimliyi də bəlli olub. Belə ki, Bayden dönəmində Pentaqona Lloyd Austin rəhbərlik edəcək. Qaradərili hərbçi general rütbəsini daşıyır.

Qeyd edək ki, L.Austin ABŞ-ın ilk qaradərili müdafiə naziri olacaq.