Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 670 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 137 653 nəfərə çatıb.Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 121 347 nəfəri sağalıb, 2 034 nəfəri isə vəfat edib.