"İrəvanda Paşinyan və müxalifət bir-biri ilə münasibətlərini aydınlaşdırır, Bakıda möhtəşəm Qələbə paradı hazırlayırlar".

Unikal.org  xəbər verir ki, bunu rusiyalı siyasi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko "Telegram" kanalında yazıb.

"Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır!"- deyə Korotçenko vurğulayıb.

Qeyd edək ki, dekabrın 10-da Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək. Hazırda paradın keçiriləcəyi Azadlıq Meydanında hazırlıq işləri davam etdirilir.