Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Krım yarımadası haqqında qətnamə qəbul edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, həmçinin Azov dənizi və Qara dəniz akvatoriyasının hərbiləşdirilməsi problemi ilə bağlı olub.

BMT Baş Assambleyasının 75-ci sessiyasında qəbul olunmuş qətnamədə həmçinin Rusiyanın Krımı ilhaqı dayandırması çağırışı yer alıb.