Çexiyanın keçmiş prezidenti Vatslav Klaus tibbi maskadan düzgün istifadə etmədiyinə görə 3000 kron (təxminən 135 dollar) cərimələnib.

Unikal.org xəbər verir ki, Klaus 17 noyabrda Praqanın mərkəzindəki antikommunist "Məxməri inqilabı"nın ildönümü münasibətilə keçirilən şənlikdə bilərəkdən maskanı çənəsinə taxıb.

Polis ondan qaydalara uyğun olaraq ağzını və burnunu maska ilə örtməsini tələb etsə də, eks-prezident buna əməl etməyib. Klaus polis bölməsinə aparılıb və orada protokol tərtib edilib.