Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini  Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər.

Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.