Vətən müharibəsində şəhidlik zirvəsinə ucalardan biri də Ağamir Ağayevdir.  

Unikal.org xəbər verir ki, Ağamir döyüşə könüllü olaraq gedib. Füzulinin Aşağı Seyidməmmədli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  

Şükürbəyli kəndində dəfn edilən şəhidin məzarı üstünə anası tərəfindən adyal sərilib. Sosial şəbəkələrdə paylaşılan görüntü hər kəsi kövrəldib.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, Ağamir Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.