“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”.

Unikal.org xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı şəhəri 187 saylı məktəbin direktoru vəzifəsindən azad olunan Nailə Məmmədova bildirib.

Onun sözlərinə görə, işdən çıxmaqla bağlı ərizəni bir neçə gün əvvəl yazıb.