Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində vergidən azad olunur.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.