Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.

Unikal.org-un məlumatına görə, iclasın gündəliyinə iki məsələ əlavə edilib.

Bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).