44 günlük vətən müharibəsində dastan yazan qəhrəmanlarımızdan biri də Malik Əliyevdir. 

Unikal.org xəbər verir ki,  bu gün döyüş meydanında şücaət göstərən şəhid mayor Malik Əliyevin 34 yaşı tamam olur. O artıq ən böyük hədiyyəsinə qovuşub. Çünki düşmən tapdağında olan bütün torpaqlarımız Rəşadətli Azərbaycan ordusu tərəfindən azad olunub. Malik Əliyev Zəngilan istiqamətində şəhid olmuş hərbçi yoldaşlarını döyüş meydanından çıxrarkən özü də şəhadətə ucalıb.

Onun bir arzusu var idi. Torpaqları düşmən əllərdə qoyub, ölmək istəmirdi. Bu gün 34 yaşı tamam olan Mayor Malik Əliyev arzusuna çatdı. Bu gün ad gününü də həmişə azad görmək istədiyi şəhər və rayonlarımızın səmasında qeyd edir.

Qeyd edək ki, Malik oktyabrın 13-də Zəngilan uğurunda gedən döyüşlərdə şəhid olub. 2-ci fəxri xiyabanda dəfn olunan qəhrəmanımız "Vətən uğurunda", "3-cü dərəcəli vətənə xidmətə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ruhun şad olun, rahat uyu, cənab mayor!