Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərar imzalayıb.

Naizrlər Kabinetindən Unikal.org-a verilən  məlumata görə, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “Azərkontrakt” ASC) həvalə edilib.