Vətən Müharibəsində şəhid olmuş baş gizir Şahin Hüseynbala oğlu Allahyarovun oğul övladı dünyaya gəlib.

Unikal.org xəbər verir ki, şəhidin son arzusu yerinə yetirilib, övladına atasının şərəfinə Şahin adı qoyulub.

Qeyd edək ki, Şahin Allahyarov Qubanın Zizik kəndində boya-başa çatıb. O, könüllü orduya yazılaraq Vətən müharibəsində iştirak edib. Döyüşlərdə böyük şücaət göstərən Ş.Allahyarov şəhidlik zirvəsinə yüksəlib.

Ölümündən əvvəl özünü videoya çəkən cəsu döyüşçü "əgər oğlum olarsa, mənim adımı qoyarsınız" - deyə son arzularını ifşa etmişdi.