Azərbaycan ərazisində qurumuş ağacların qeyri-sabit hava şəraiti zamanı fəsadlar törətməməsi üçün köçürülməsi ilə bağlı tədbirlər görülür.

Unikal.org xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" rublikasında nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov deyib.

O bildirib ki, bununla bağlı nazirlik mütəmadi olaraq hər fəsildə yerlərdəki aidiyyəti qurumlara müraciət edir: "Həmin qurumlar ərazilərdə bu məsələlərlə bağlı monitorinqlər keçirir, vəziyyəti araşdırır və təhlükə yarada biləcək ağaclarla bağlı məlumatları nazirliyə təqdim edirlər. Məlumatlar araşdırılandan sonra həmin ağacların kəsilməsi ilə bağlı rəy veririk. Həmin rəylər əsasında müvafiq icra strukturları həmin ağacların kəsilməsi və köçürülməsini həyata keçirir".