44 günlük Vətən müharibəsində uca zirvələrə adını yazdıranlardan biri də  şəhid Xaləddin Cəlilovdur. 

Unikal.org xəbər verir ki,  2002-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 2003-cü ilin  noyabr ayında ailəsi ilə birlikdə Azərbaycana, Ağstafa rayonuna qayıdıb. 2008-ci  ildə E.Mustafayev adına  Yenigün kənd tam orta məktəbin rus bölməsinin 1-ci sinifinə daxil olub. 2019- cu ildə həmin məktəbi müvəffiqiyyətlə başa vurub. 

Evin tək oğlu olan Xaləddin kiçik yaşlarından idmana  böyük maraq göstərib.  Belə ki, o, qısa vaxt ərzində idman sahəsində bir sıra nailiyyətlər qazanıb.  2019-cu ildə Cəlilabad rayonunda keçirilən  Mübariz Ibrahimovun timsalında bütün Şəhidlərin anım gününə həsr olunmuş yarışın qalibi olub.  Həmin ilin iyul ayında Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən dünya çempionatında öz çəkisində bütün rəqiblərinə qalib gələrək çempion olmuşdur. 2019-cu ilin oktyabr ayının 18 de Ağstafa rayon icra başcısı tərəfindən ilin idmançısı adına layiq görülmüş, fəxri fərmanla təltif olunmuşdur.

07.05.2020 - ci il tarixində Ağstafa rayon həqiqi hərbi xidmətinə çağrılmışdır. Hərbi xidmətini Cəlilabad rayon N saylı hərbi hissəsində davam etdirmişdir. Xidmət etdiyi müddətdə nümunəvi əsgər olaraq özünü tanıtmış və kəşfiyyat qrupuna seçilmişdir. 

27 sentyabrdan başlanan Böyük Vətən müharibəsində iştirak edən Xaləddin kəşfiyyat  qrupu ilə birlikdə 17 post alaraq yüzlərlə erməni dığasını məhv edib. 30.09.2020-ci il tarixində Murov Dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin anası ilə son danışığında son sözləri  belə olmuşdur: "Ana, Bayrağa bükülüb gəlmək bilsən necə şərəflidir".

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Ağstafa rayonunun ilk şəhidi Xaləddin ölümündən sonra "Vətən Uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.