İtaliyanın “Milan” klubunun zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, isveçli hücumçunun müalicəsi uğurla davam etdirilir. Onun yanvarın 18-də keçiriləcək “Kalyari” ilə oyuna hazır olacağı bildirilir.

İbrahimoviç noyabrın sonlarından zədədən əziyyət çəkir.