Qarabağda daha 10 erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Xocavənddə 1, Füzulidə 5, Hadrutda isə 4 hərbçinin cəsədi tapılıb.

Ümumilikdə isə noyabrın 13-dən yanvarın 2-dək 1155 meyit ərazilərdən götürülüb. Füzuli və Hadrut istiqamətində axtarışlar davam edir.