İran İslam Respublikası uran maddəsini 20 faiz zənginləşdirməyə başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Əli Rəbii bildirib. O qeyd edib ki, artıq Fərdo şəhərindəki stansiyada bu işə başlanılıb. İran prezidenti Həsən Ruhaninin də bu yöndə göstəriş verdiyi məlum olub.

Qeyd edək ki, 20 faiz zənginləşdirmə artıq silah istehsalı üçün kifayət etdiyindən bu vaxta kimi nüvə anlaşması ilə qadağan edilmişdi. Hazırda İranın bu addımının böyük reaksiyalar doğuracağı gözlənilir.