Ermənistanda itkin ailələri yenidən Paşinyanın oturduğu binanın önündə aksiya keçiriblər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar övladları haqqında məlumat ala bilmədikləri üçün etiraz ediblər. Paşinyanın da oturduğu hökumət binasının önündə keçirilən etiraz aksiyasında onlarla itkin erməni hərbi qulluqçusunun ailə üzvləri qatılıb.

Aksiyaçılar sonradan baş nazir Nikol Paşinyana istefa tələbi də irəli sürüblər. Bundan sonra aksiya təhükəsizlik qüvvələri tərəfindən dağıdılıb. Etirazçıları itkinlərlə bağlı səbr etmək tövsiyə olunub.