Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusla bağlı son analizlərin nəticələri açıqlanıb.

Unikal.org liqanın rəsmi saytına istinadən xəbər verir ki, 40 nəfərdə yoluxma halı aşkarlanıb.

Onlardan neçəsinin futbolçu olduğu açıqlanmayıb.

Qeyd edək ki, kütləvi yoluxma səbəbindən daha əvvəl ölkə çempionatında "Everton" - "Mançester Siti", "Tottenhem" - "Fulhem" və "Bernli" - "Fulhem" matçları təxirə salınıb.