Əyləncə məkanlarının birində  əylənərkən narkotik maddə qəbul etməsinin videosu yayıldıqdan sonra İngiltərənin "Çarlton" qadın futbol klubundan qovulan ve sonradan bağışlanan Madelene Vrigt yenidən gündəmə gəlib.

Unikal.org xəbər verir ki, porno saytlardan birinə üzv olan 22 yaşlı futbolçu 33 funt-sterlinq (təxminən 76 manat) qarşılığında çılpaq foto və videolarını satmağa başlayıb. 

Qeyd edək ki, Madelene əvvəlcə sükan arxasında şampan içmiş və bunu videoya çəkərək paylaşmışdı. Daha sonra kiçik bir itə maşın sürdürərək görüntülərini yayan gənc futbolçu son olaraq qatıldığı bir əyləncə gecəsində içərisinə narkotik tərkibli qaz doldurmuş şarlardan istifadə etmişdi.