Türkiyənin ən reytinqli seriallarından biri olan "Qurdlar Vadisi"ni yenidən ekranlara qayıdır. 

Unikal.org xəbər verir ki,  məşhur serialın "Show TV"də  yayımlanacağı iddia edilib.  Lakin TV rəhbərliyi bu xəbərin  yalan olduğunu bildirib. 

Belə ki, kanal rəhbərliyi, rəsmi "Twitter" hesabında,  "Show TV"dən "Qurdlar Vadisi" serialı üçün heç bir görüşmələrinin olmadığını və yaxın gələcəkdə yayımlanacaq yeganə serialın "Qırmızı yük maşını" olduğunu bildirib.  

"Pana Film"dən 2021-ci ilin fevralında "Qurdlar vadisi xaos" serialının başlanması barədə rəsmi bir açıqlama verilməyib. Lakin Necati Şaşmaz keçən il etdiyi açıqlamaların birində serialın "2021-ci ilin fevralından" ekranlarda olacağını bildirmişdi.  

Həmçinin, "Polad Alemdar" adı ilə yaddaşlara həkk olan məşhur aktyor "Xaos"un mövzusunu izah edərək,  "Myanmada Müsəlman soyqırımından hekayələr olacağını"da  söyləmişdi.

Qeyd edək ki, serialın nə vaxt və hansı kanalda yayımlanması barədə dəqiq məlumat yoxdur.